Güclü yağış Gəncədə fəsadlar törədib, bir qəsəbəni su basıb

Güclü yağış Gəncədə fəsadlar törədib, bir qəsəbəni su basıb

Gəncə şəhərinə yağan yağış bir sıra fəsadlara yol açıb.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, yağışın yaratdığı sel suları nəticəsində şəhərin Məhsəti qəsəbəsində iri gölməçələr yaranıb, yollar keçilməz vəziyyətə düşüb. Yağış suları sakinlərin evlərinə dolur. Sakinlər deyir ki, dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da sakinlərin üzləşdiyi bu çətinliyi həll edən tapılmır.

Məlumat üçün bildirək ki, hazırda Gəncə şəhərində yağışlı hava şəraiti davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə