Şagird müəllimin burnunu sındırdı

Şagird müəllimin burnunu sındırdı

Yakutiyanın Abyisky bölgəsindəki Urasalax orta məktəbində 30 yaşlı müəlliminə hücum edən 10-cu sinif şagirdi onun burnunu sındırıb. SİA bu barədə rus mətbuatına istinadən xəbər verir.

Daxili İşlər Nazirliyinin bölgə üzrə mətbuat xidmətindən TASS-a verilən məlumata görə, hazırda şagirdə qarşı İnzibati Məcəllənin 5.35-ci maddəsi ilə inzibati iş açılıb. Hadisə ilə yetkinlik yaşına çatmayan polis bölməsi məşğul olur. Yeniyetmədən əlavə, onun valideynləri üçün protokol tərtib edildi. Əsas kimi isə valideynlərin vaxtında uşaq psixoloquna müraciət etməməsi göstərilir.

Qeyd edək ki, bu Rusiyada müəllim-şagird arasında yaşanan ilk ixtilaf deyil. Belə ki, bir müddət bundan əvvəl Rusiyanın Kuban vilayətindəki məktəblərin birində müəllimin qiymətləndirməsindən narazı qalan şagird sinif şurnalını ondan aımaq istəyib. Müəllim-şagird qarşıdurması əlbəyaxa davaya çevrilib. Şagirdlər tərəfindən lentə alınan bu yaşantılar sonradan internetə yerləşdirilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə