Piyada yol qəzasında həyatını itirdi

Piyada yol qəzasında həyatını itirdi

Bərdə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, noyabrın 18-də saat 21 radələrində Bərdə şəhəri ərazisində şəhər sakini R.Məmmədov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Otuzikilər kənd sakini Məhəmməd Xəlilovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bərdə RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə