Bərdədə minik avtomobili su kanalına düşüb: ölən və yaralılar var

Bərdədə minik avtomobili su kanalına düşüb: ölən və yaralılar var

Martın 16-da saat 22 radələrində Bərdə rayonunun Lənbəran kəndi ərazisində Gəncə şəhər sakini C.Xıdırzadə idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı su kanalına aşırıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, nəticədə avtomobildəki 3 sərnişin xəstəxanaya yerləşdirilmiş, onlardan Sadəgül Həsənova orada ölüb.

Bərdə RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə