Şəmkir rayonunda betonqarışdıran maşın minik avtomobili ilə toqquşub. "Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yük maşınının "VAZ-2106" markalı avtomobillə toqquşması nəticəsində minik avtomobilinin sürücüsü ağır xəsarət alıb və xəstəxanaya aparılıb. Faktla bağlı araşdırmalara başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB