İtkin düşdü, 2 aydan sonra meyiti tapıldı

İtkin düşdü, 2 aydan sonra meyiti tapıldı

Bakıda iki ay əvvəl itkn düşən şəxsin meyiti tapılıb. Trend-in məlumatına görə, paytaxtın Sabunçu rayon sakini Pəncəliyev Elşən Əliheydər oğlu bu il aprelin 19-da itkin düşüb.

İyun ayının 10-da isə Abşeron rayonu, Novxanı kəndi ərazisində meyit tapılıb. Araşdırmalar zamanı məlum olub ki, tapılan meyit E.Pəncəliyevindir. Meyit ailəyə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə