Yasamal (RPİ) Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Qasımova 2-ci Alatava yaşayış sahəsindəki evindən 700 manat pulunun və 800 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Quluzadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun aprelin 7-nə keçən gecə 2-ci Alatava yaşayış sahəsindəki digər bir evdən mobil telefon oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB