Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun Təzəkənd kəndində fərdi evdə yanğın baş verib. APA-nın yerli bürosu Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətinə istinadla xəbər verir ki, yanğın nəticəsində 160 kv. metr sahə yanıb. Yanğının söndürülməsinə 4 yanğınsöndürən briqada cəlb olunub. Yanğın nəticəsində xəsarət alan olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB