Qəbiristanlıqda gizlədilmiş silah tapılıb

Qəbiristanlıqda gizlədilmiş silah tapılıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın hüquq mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, xidmətin Baş İdarəsinin və Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakının Nizami rayonu ərazisindəki qəbiristanlıqda xüsusi üsulla torpağa basdırılaraq gizlədilmiş, patron sandıqçası dolu olan “TT” markalı tapança aşkarlanaraq götürülüb. Fakt üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə