Xaçmaz Gömrük İdarəsinin "Yalama" gömrük postunda Rusiyadan Azərbaycana Xarkov-Bakı sərnişin qatarı ilə gələn Ukrayna Respublikası vətəndaşının əl yüklərinə baxış keçirilib.
DGK-dan Axar.az-a verilən məlumata görə, baxış zamanı, karton qutunun içində, gömrük nəzarətinə əvvəlcədən bəyan edilməyən - 4 ədəd üzük, 1 ədəd qolbaq, 1 cüt sırğa, 7 ədəd boyunbağı olmaqla, ümumi çəkisi 191 qram olan qızıldan hazırlanmış zərgərlik məmulatı aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB