Dənizdə boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Bakıda dənizdə boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

SİA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar və vətəndaşı sudan çıxarıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə