Həyat yoldaşını bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxılıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən İlham Məşədiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
SİA-nın xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, İ. Məşədiyev barəsində 2 il sınaq müdddəto təyin edilməklə şərti cəza verib və o, məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, Xəzər rayonu Zirə qəsəbəsində 1971-ci il təvəllüdlü Şərqiyyə Məşədiyeva əri İlham Məşədiyev tərəfindən bıçaqlanıb.
Şərqiyyə Məşədiyeva kürək nahiyəsindən iki bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB