Dünən Xırdalanda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yerləşdirilən xəbərə görə, Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 210 m2 olan istixana anbarının yanar konstruksiyaları, 2 ədəd generator, 2 ədəd qolf maşını və 2 ədəd boyler yanıb.
Yaxınlıqda olan istixana yanğından mühafizə olunub. Yanğın dünən saat 21:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB