Yük avtomobili yandı

Bakı-Quba yolunun 127-ci killometrliyində, Şabran rayonu ərazisində "İVECO" markalı yük avtomobilində yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, avtomobilin yanar hissələri və banına yığılmış mebel dəstləri yanıb. Yük avtomobilinin qoşqusu yanğından mühafizə olunub. Yanğın saat 05:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə