Gəncədə piyada vurulub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində baş verib. Sürücünün kimliyi hələlik məlum olmayan "VAZ 2106" markalı avtomobil yolu keçmək istəyən şəhər sakini 61 yaşlı Amaliya Ağayevanı vurub. Zərərçəkən hadisə şahidlərinin köməyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB