Qadınlar arasında mübahisə qanla bitdi

Qadınlar arasında mübahisə qanla bitdi

Gəncə şəhərində qadın qadını bıçaqlayıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Gəncə şəhər sakini, 1997-ci il təvəllüdlü Elnurə Əliyeva bel nahiyəsinin daxilə keçməyən kəsilmiş yarası xəsarəti ilə Gəncə şəhər Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Tibbi yardım göstərildikdən sonra onun vəziyyəti normallaşıb. Həkimlər qadının həyatı təhlükəsi olmadığını bildirirlər. Elnurə Əliyeva qonşuluqda olan qadın tərəfindən bıçaqlandığını bildirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə