Evdən silah-sursat tapıldı

Bakı şəhər sakininin evində silah-sursat tapıldı. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Namiq Babayevin Bülbülə qəsəbəsində yaşadığı evə baxış zamanı nömrəsi pozulan "AK-74" silahı, 240 ədəd avtomat patronu və 20 ədəd patron darağı aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə