Keçmiş məhkumdan narkotika tapıldı

Keçmiş məhkumdan narkotika tapıldı

Keçmiş məhkumdan narkotik vasitə götürülüb. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi, Yasamal RPİ və 29-cu PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, cibgirlikdə şübhəli olan Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunan 1976-cı il təvəllüdlü Mehman Məhəmmədəli oğlu Qurbanov tutulub. Şübhəli şəxsin üzərindən 1,787 qram tiryək aşkar olunaraq götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə