Milli Təhlükəsizlik nazirliyi yerli şöbəsi ilə Şirvan şəhərində son 1 həftədə uğurlu əməliyyat keçiriblər. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, keçirilmiş uğurlu əməliyyat nəticəsində Mirzəyev İsmayıl Rafiq oğlunun və Muradov Rəşad İlqar oğlunun 14 may tarixində, ötən gecə isə Əkbərov Teymur Fikrət oğlunun üzərindən və yaşadıqları ünvanlardan təxminən 10 kiloqrama qədər külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb.
Həmin şəxslər saxlanılıb və istintaqa təhvil verilib. Şəhərdə əks səda verən əməliyyat Şirvan sakinlərinin sevincinə səbəb olub. Şirvan sakinləri MTN-nin rəhbərliyinə və yerli şöbəsinə minnətdarlıq edərək bu cür əməliyyatların davam olunmasını və digər narkobaronlarında həbs edilməsini xahiş edirlər. Çünki həbs edilən şəxslər Şirvan şəhərində uzun illərdir ki, narkotik sataraq insanları, gəncləri zəhərləməklə məşquldurlar. Polis tərəfindən dəfələrlə həbs olunan bu şəxslər nədənsə məhkəmə tərəfindən vaxtından əvvəl azadlığa buraxılıblar və yenidən əməllərinə davam ediblər. Yəqin ki, bu dəfə cinayətkarlar layiqli cəzalarını alaraq uzun müddətə azadlıqdan məhrum olunacaqlar.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB