Tovuzda yol nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin məlumatına görə, rayonun Qovlar qəsəbəsi İbrahim Hacılı kəndinə gedən yolda kimliyi məlum olmayan sürücü idarə etdiyi maşınla yolu keçən Cabbar Hüseynovu vurub. İdarəetməni itirən sürücü daha sonra zərərçəkmişə məxsus 78 baş qoyunu vuraraq hadisə yerindən qaçıb. Nəticədə qoyunlardan 67-si tələf olub. Yüngül xəsarət alan zərərçəkən ilkin tibbi yardımdan sonra evə buraxılıb.


İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB