Lənkəranda bıçaqlanma hadisəsi olub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə rayonunun Aşağı Nüvədi qəsəbəsində qeydə alınıb. Toydan çıxan qəsəbə sakinləri - 40 yaşlı Nadir Söhrab oğlu Əliyev və 28 yaşlı Orxan Yaqubəli oğlu Mirzəyev arasında başlanan mübahisə bıçaqlanma ilə nəticələnib. N.Əliyev üstündə gəzdirdiyi bıçaqla O.Mirzəyevə bədən xəsarəti yetirib. Yaralı dərhal ətrafdakı şəxslər tərəfindən Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub. Hazırda onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən Nadir Əliyev isə könüllü polisə təslim olub. Onun barəsində həbs qəti-imkan tədbiri seçilib.
Faktla bağlı Lənkəran ŞRPŞ-də maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB