Traktor aşdı, 3 nəfər yaralandı

Traktor aşdı, 3 nəfər yaralandı

Bərdə rayonu ərazisində 3 nəfərin yaralanması ilə nəticələnən qəza baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Bərdə-Quzanlı yolunun Bərdə rayonu Kətəlparaq kəndi ərazisindən keçən hissəsində baş verib. Şahidlərin sözlərinə görə, hadisənin baş verməsinə "Mercedes" markalı minik avtomobilinin traktorun hərəkət zolağına çıxması səbəb olub. "Mercedes"lə toqquşmadan yayınan traktor yolun kənarına aşıb. Hadisə zamanı traktorda üç nəfər olub. Yaralılar dərhal Bərdə Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə