Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub. SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olub. Mənzilə baxış keçirilərkən 1946-cı il təvəllüdlü Yusubova Məxmər Çərkəz qızının meyiti aşkar olunub. M.Yusubovanın cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB