Maşınla su arxına düşdü, həyatını itirdi

Maşınla su arxına düşdü, həyatını itirdi
Qəbələ rayonunun Soltannuxa kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Soltannuxa kəndi sakini Xəqani Vahabov "Moskviç" markalı avtomaşını idarə edərkən onu su arxına aşırıb.

Nəticədə sürücü hadisə yerində dünyasını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə