Bakıda polis rəisinin müavini vurulub

Bakıda polis rəisinin müavini vurulub
Bakıda polis rəisinin müavini vurulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ötən gün saat 09:30 radələrində Sabunçu rayonu ərazisində \"Setra\" markalı avtobusun sürücüsü yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçmağa cəhd göstərərkən Sabunçu rayon Polis İdarəsinin rəis müavini Əbülfət Rzayev tərəfindən saxlanılıb. Bu zaman avtobusun sürücüsü Elxan Eminov və sərnişinləri Süleyman Alıyev, onun oğlu Elnur və Xıdır adlı şəxs Rzayevi təhqir edib və ona sifət nahiyəsindən xəsarət yetiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə