Bakı-Quba yolunun 160-cı km-də, Qubanın İqriq kəndi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Rayon polis idarəsindən SİA-ya verilən məlumata görə, Quba-Şabran marşrutu ilə işləyən \"Temza Prestli\" sərnişin avtobusu qarşıdan gələn 190 nömrəli "Mercedes" markalı avtomobil ilə toqquşaraq aşıb. Nəticədə "Mercedes" 4 metr hündürlükdən dərəyə aşıb. Sərnişin avtobusu isə aşaraq yolda 15 metrədək sürüşüb. Təxminən 10-dan çox yaralının olduğu bildirilir. Onlar Quba rayon Mərkləzi Xəstəxanasına çatdırılıb. Hazırda yaralılara ilkin yardım göstərilir.
Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin əməkdaşları gəlib. İdarənin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Arzu Əliyev hazırda araşdırma aparır. Onun sözlərinə görə, xəsarət alanlardan birinin vəziyyəti ağırdır.
İlahə Vəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB