Market sahibinin oğlu satıcının başını kəsib - FOTO

Market sahibinin oğlu satıcının başını kəsib - FOTO

Ötən gecə Şirvan şəhərində qətl hadisəsi baş verib. SİA-nın Aran bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri G.Şıxbala oğlu küçəsində yerləşən "Sevinc" marketdə baş verib. Marketdə satıcı işləyən, Şirvan şəhər, Heydər Əliyev küçəsi, bina 26 mənzil 23 də yaşayan 1958-ci il təvəllüdlü Əliyev Emil Qeyrət oğluna mağaza sahibinin oğlu, 1978-ci il təvəllüdlü Mirzəyev Mehman Nizam oğlu tərəfindən aralarında yaranmış mübahisə nəticəsində bıçaqla boğaz nahiyəsinə xəsarət yetirilib. Nəticədə satıcı Emil Əliyev aldığı xəsarətdən dünyasını dəyişib.

Şirvan şəhər prokuroru Həsən Hənifəyev jurnalistlərə açıqlamasında bildirib ki, polis şöbəsindən məlumat daxil olan kimi dərhal hadisə yerinə əməliyyat istintaq qurupu yollanıb. Keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində qətl hadisəsini törədən Mehman Mirzəyev saxlanılıb.

Baş vermiş qətil hadisəsi barədə Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.

Məlumat üçün bildirək ki, qatil bir neçə dəfə bıçaqla oxşar hadisə törədib. Lakin xəsarət alan həmin şəxslər xoşbəxtlikdən həyatlarını itirməyiblər. Əldə etdiyimiz məlumata görə, qətli törədən əvvəllər orta məktəbdə müəllim işləyib və narkotik maddələrə aludə olmasına görə həyat yolunu dəyişib.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə