Keçən ay sərhəddə yarım tondan çox narkotik vasitə aşkarlanıb

Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb.

Bu barədə SİA-ya Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 541 kiloqram 132 qram narkоtik vasitə və 17 ədəd narkotik tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə