Gəncədə məktəbli bıçaqlanıb

Gəncə şəhərində məktəbli bıçaqlanıb. SİA-nın məlumatına görə, hadisə şəhər ərazisində yerləşən çayxanalardan birində baş verib.

On birinci sinif şagirdi Ə.İ. mübahisə zəminində bıçaq xəsarəti alaraq xəstəxanaya apaırlıb.

O, tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

İlkin məlumata görə, ona məktəbli yoldaşı bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə