Lənkəranda baş verən qəzada üç nəfər xəsarət alıb. SİA xəbər verir ki, hadisə nəticəsində Bakı şəhərində yaşayan 2013-cü il təvəllüdlü H.Cəbizadə, 1968-ci il təvəllüdlü Lətifə Xanağa qızı Cəbiyeva və 1984-cü il təvəllüdlü Nailə Abış qızı Muradova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə