Zaqatalada 78 yaşlı kişi qətlə yetirilib

Zaqatalada 78 yaşlı kişi qətlə yetirilib

Zaqatala rayonunda 78 yaşlı kişi qətlə yetirilib, hadisəni törətməkdə şübhəli bilinən şəxs özünü güllələyib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan SİA-ya bildirilib ki, avqustun 27-də saat 09 radələrində Zaqatala rayonunda 1946-cı il təvəllüdlü Tariyel Əhmədovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Əməli törətməkdə şübhəli bilinən, 1960-cı il təvəllüdlü Həsən Davudov daha sonra həmin ov tüfəngi ilə özünü öldürüb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə