Bakıda yanğın səbəbindən yola məhdudiyyət qoyulub

Bakıda yanğın səbəbindən yola məhdudiyyət qoyulub

Bakının Nərimanov rayonunda baş verən yanğın səbəbindən yola məhdudiyyət qoyulub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, Fətəli Xan Xoyski prospekti ilə Həsənoğlu küçəsinin kəsişməsində yaşayış binalarından birində yanğın baş verib. Bu səbəbdən metronun “Nərimanov” stansiyası istiqamətində yolda məhdudiyyət tətbiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə