11 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb - DİN

11 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb - DİN

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 4-də ümumi çəkisi 11,3 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, narkotik vasitələr - 1,6 kiloqrama yaxın heroin, 9,6 kiloqramdan çox marixuana, 110 qram metamfetamin, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 64 çətənə kolu dövriyyədən çıxarılıb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə