Kamçatkada ögey oğluna məktəbdə pis qiymət aldığı üçün işgəncə verən qadını 7 il həbs cəzası gözləyir.
SİA-nın əldə etdiyi məlumata görə, Kamçatka ərazisi prokurorluğunun mətbuat xidməti, ögey ananın uşağı 2020-ci ilin oktyabrından 2023-cü ilin aprelinə qədər döydüyünü müəyyən edib.
Hazırda qadına Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə cinayət işi açılıb.
Onun işinə Kamçatka diyarının Tigilski məhkəməsi baxacaq.
Qeyd olunur ki, təqsirləndirilən şəxs təqsirini qismən etiraf edib.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl rus saytları Tula vilayətində ögey atanın azyaşlıya qarşı göstərdiyi şiddətə qarşı, ana biganəliyi barədə xəbər yaymışdı.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB