Rusiya paytaxtının Şeremetyevo hava limanında Maqadandan uçan təyyarə enişi zamanı bir nəfər “Boeing 777” təyyarəsini qaçırdığını bildirib.
“İzvestiya” qəzetinin mənbəyə istinadən verdiyi məlumata görə, dava edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “eniş yaxınlaşarkən həmin şəxs təyyarəni qaçırdığını iddia edib”. Bu halda təyyarənin enişi uğurlu olub.
Qeyd edək ki, təyyarəni qaçırmağa cəhd edənin adı açıqlanmır.
Sonradan o Daxili İşlər Nazirliyinin şöbəsinə aparılıb. Cinayət işinin başlanması məsələsi həll olunur.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB