Yanğın məhdudlaşdırılıb

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Neftçala rayonu, Qızılağac Milli Parkında baş vermiş yanğın ərazidə havanın küləkli olmasına baxmayaraq məhdudlaşdırılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə