FHN: Yasamalda ikimərtəbəli binada baş vermiş yanğın söndürülüb

FHN: Yasamalda ikimərtəbəli binada baş vermiş yanğın söndürülüb

Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsində yerləşən ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğın nəticəsində ümumi sahəsi 390 kv.m. olan ikimərtəbəli yaşayış binasında vətəndaşa məxsus 1-ci mərtəbədə 3 otaq, 2-ci mərtəbədə 2 otaq olmaqla ümumilikdə 191kv.m sahədə 5 otaqlı mənzilin və dam örtüyünün yanar konstruksiyaları yanıb. Binanın qalan hissəsi və qonşu tikililər yanğından mühafizə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə