Masallıda ev yanıb

Masallıda ev yanıb.

SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonunun Həsənli kəndində ümumi sahəsi 80 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü 60 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə