Paytaxtda quru otluq sahədə yanğın başlayıb

Paytaxtda quru otluq sahədə yanğın başlayıb

Paytaxtda quru otluq sahədə yanğın başlayıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

"112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində quru otluq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə