Tovuzda üç otaqlı ev yanıb

Tovuzda üç otaqlı ev yanıb. Bu barədə SİA Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Tovuz rayonunun Aşağı Quşcu kəndində ümumi sahəsi 144 m² olan taxta konstruksiyadan ibarət kürsülü, birmərtəbəli üç otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı köməkçi tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə