Antalyada avtobus qəzaya uğrayıb

Türkiyənin Antalya vilayətindəki dağ aşırımında avtobus qəzaya uğrayıb.

SİA APA-ya istinadən xəbər verir ki, qəzada 10 nəfər xəsarət alıb.

Hadisə Qorqudeli və Söyüd şəhərləri arasındakı avtomobil yolununda baş verib. Avtobus sürücüsü idarəetməni itirərək dərəyə yuvarlanıb.

Hadisə yerinə polis və həkimlər gəlib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə