Bakıda iki avtomobil toqquşub - xəsarət alan var

Bakıda iki avtomobil toqquşub - xəsarət alan var

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, qəza Atatürk prospektində qeydə alınıb. Belə ki, hadisə “Chevrolet” və BMW markalı avtomobillərin iştirakı ilə baş verib. İdaerətmədən çıxan BMW markalı avtomobil yol nişanı dirəyinə çırpılıb.

Qəza nəticəsində BMW-nin sürücüsü xəsarət alıb. O təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Hər iki avtomobilə ciddi ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb edilib. Avtomobillər ərazidən uzaqlaşdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə