Biləsuvarda kütləvi dava olub, xəsarət alanlar var

Biləsuvarda kütləvi dava olub, xəsarət alanlar var

Biləsuvarda baş verən kütləvi dava zamanı üç nəfər xəsarət alıb.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə kafelərdən birində baş verib.

Məlum olmayan səbəbdən baş verən davada rayon sakinləri, 1984-cü il təvəllüdlü Taleh Nərimanov, 1973-cü il təvəllüdlü Eldar Hüseynov və 1982-ci il təvəllüdlü Rövşən Abbasov xəsarət alıblar.

Yaralılar dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə