İmişlidə təntənəli Zirvə görüşü

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının İmişli rayon şöbəsinin təşkilatçılığı ilə Cənab İlham Əliyevin namizədliyini dəstəkləmək məqsədi ilə Zirvə görüşü keçirilib. Minlərlə insanın qatıldığı bu görüşdə təntənə, böyük ruh yüksəklyi vardı. Ona görə ki, İmişlilər YAP-ın namizədi Cənab İlham Əliyevə olan böyük sevgilərini məhz belə ifadə edirdilər. Zirvə görüşünə minlərlə insan "İLHAMLA İRƏLİ" devizi altında mitinqə qatılmışdılar.

Zirvə görüşünü YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev açaraq qeyd edib ki, bu gün biz bura Cənab İlham Əliyevə öz dəstəyimizi bildirməyə, onunla həmrəylimizi ifadə etməyə toplaşmışıq: "Əslində, Cənab İlham Əliyevin təbliğata ehtiyacı da yoxdur. Çünki məhz onun son ildə ölkəmizdə apardığı abadlıq və quruculuq işləri davamlıdır, insanlara sosial-rifah, ölkəmizə inkişaf gətirir ki, bunu da sizin hər biriniz şəxsi həyatınızda hiss edirsiniz.

Əziz İmişlilər Cənab İlham Əliyev bu gün hər bir Azərbaycanlı kimi İmişlilərin də yaxın dostu, onların qayğıkeşidir. Ona görə də gəlin 11 aprel prezident seçkilərində Cənab İlham Əliyevin bizə göstərdiyi qayğı və diqqətə hər birimizin ona səs verməsi ilə dəstək verək. Mən əminəm ki, məhz bu belə də olacaqdır.

Eşq olsun Azərbaycan xalqının böyük oğlu İlham Heydər oğlu Əliyevə! Biz İmişlilərin bir seçimi var, o da məhz Cənab İlham Əliyevdir".

Zirvə görüşündə Milli Məclisin deputatı, Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli çıxış edərək deyib ki, İlham Əliyevin son 15 illik hakimiyyəti dövründə Azərbaycan dövləti daha da inkişaf edərək regionun ən qüdrətli ölkəsinə çevrilib: "Ulu öndərin müdrik siyasətinin laiyqli davamçısı olan Cənab İlham Əliyev indi dünyanın ən nüfuzlu və güclü siyasi lideridir. Biz bir xalq, millət olaraq onunla fəxr edirik. Və inanırıq ki, hər bir azərbaycanlının prezidenti olan Cənab İlham Əliyev yenidən ölkə prezidenti seçiləcəkdir.

Cənab İlham Əliyevin bir dövlət başçısı kimi apardığı uğurlu xarici siyasətdə də siyasi tolerantlıq mədəniyyətinin izlərini aydınca görmək olar. Azərbaycanın qlobal müstəvidə strateji mövqeyi çox əlverişli olduğundan belə bir vəziyyətdə təhlükəsizliyin və neytrallığın təmin edilməsi üçün çox diqqətli və dərindən düşünülmüş siyasət aparılır. Mövcud şəraitdə bütün bunları etmək siyasətçidən yüksək zəka, öncəgörmə qabiliyyəti və intellekt tələb edir. Və məhz bu növ balanslaşdırılmış siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla həyata keçrilir. Ona görə də, əziz imişlilər, gəlin belə bir siyasi lideri yenidən özümüzə prezident seçməklə gələcyimizi daha da etibarlı təmin edək".

Görüşdə YAP Mərkəzi seçki qərargahının təbliğat-təşviqat qrupunun üzvü texnika elmlər doktoru, profesor Havar Məmmədov çıxış edərək hazırda dünya qlobal problemlər və təhlükələrlə üz-üzədir: "Son dövrlər regionumuzda baş verən hadisələr də göz qabağındadır. Azərbaycan xalqını bu təhlükələrdən hifz etmək isə dövlətimizin başçısının üzərinə düşür və o bu missiyanı yüksək səviyyədə yerinə yetirir. Ona görə də böyük əminliklə bildirirk ki, xalqımız belə bir qətiyyətli lideri yenidən ölkəyə rəhbər seçəcəkdir

Ötən illər ərzində ölkəmiz iqtisadi qüdrətini hərbi, sosial və mədəni gücə çevirməyi bacarıb. Nəticə isə çox qürürvericidir: İndi ölkəmizdə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşıb. Bu, modern Azərbaycan dövləti modelidir. Bu modelin çox diqqətçəkici istiqamətlərindən biri də sosial sahədir".

Zirvə görüşündə Milli Məclisin deputatı Əsabil Qasımova deyib ki, ölkəmizin modern sosial siyasətinin qloballığı və əhəmiyyətliliyi ondadır ki, onun mövcud istiqamətləri var: "Dövlət başçısının sosial müdafiənin ayrı-ayrı sahələrini dəqiq dövlət proqramları ilə inkişaf etdirməsidir. Prezident İlham Əliyevin sosial siyasətinin digər bir önəmli istiqaməti milli-mənəvi dəyərlərə hörmət göstərilməsi və insanlarda xeyriyyəçilik ruhunun, hümanistliyin tərbiyə olunmasıdır. Bu mənada, muğam mərkəzlərinin, dini abidələrin bərpası və yenilərinin tikilməsidir.

Həmçinin, məhz Prezident İlham Əliyevin apardığı qlobal siyasətin nəticəsidir ki, fövqəldövlətlər Azərbaycanın nəinki region, hətta dünya üçün əvəzedilməz tərəfdaş hesab edirlər. Eyni zamanda, dünyanın enerji təhlükəsizliyinin təmin edilməsi ilə bərabər, beynəlxalq terrorizmə qarşı mübarizə, münaqişə zonalarında sülhün və sabitliyin əldə edilməsindəki fəaliyyətinə görə də Azərbaycan dövləti daim öndə olubdur. Eyni zamanda, bu gün yalnız bölgənin deyil, həm də dünyanın ən aparıcı ölkəsinə çevrilmək iddiasını ortaya qoyan Azərbaycan dövləti bu niyyətini gerçəkləşdirmək üçün siyasi, sosial və iqtisadi prioritetləri tam olaraq yarada bilib. Cənab İlham Əliyev indi dünyada sayılıb liderlərdən biridir. O dünya siyasətində söz sahibidir, və ölkəmizi də lider ölkəyə çevirməyi bacarıb. Məhz belə bir insanı yenidən ölkə prezidenti görmək bizim tale məsələmizdir.

Zirvə görüşündə çıxış edən İmişlilər birmənalı şəkildə bildirdilər ki, 11 aprel yalnız İlham Əliyevə səs veəcəklər. Ona görə ki, məhz bu dahi siyasətçinin, qətiyyətli dövlət başçısının müdrik siyasəti sayəsində işğaldakı torpaqlara böyük qayıdış baş verəcəkdir. Həm də çox yaxın zamanlarda".

Zirvə görüşündən sonra respublikanın incəsənət xadimləri böyük konsert proqramı ilə çıxış etdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə