Zaqatalalılar qüdrətli Azərbaycan naminə İlham Əliyevi dəstəkləyəcəklər
11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Mərkəzi Seçki Qərargahının Zaqatala rayon şöbəsi Faldarlı və Yengiyan kənd secicilərilə görüş keçirib. Görüşdə 300-ə yaxın seçici iştirak edib.
Görüşdə çıxış edən YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov bildirib ki, bu gün Azərbaycanın sürətli inkişafı, dünyadakı nüfuzunun durmadan artması dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasətin bariz nümunəsidir. Rayon şöbəsinin sədri bu uğurların fonunda dövlət başçısı Cənab İlham Əliyevin yüksək etimad və etibara layiq olduğunu söyləyərək, bütün seçiciləri qarşıdan gələn prezident seçkilərində YAP-ın namizədi, milli maraqlarımızın təminatçısı Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə təbliğat qrupunun üzvləri Ədalət Novruzova, Gülnigar Məmmədova, Kəmalə Əhmədova, Xanım İsayeva və başqaları çıxış edərək bildiriblər ki, 2003-2018-ci illər ərizində Cənab İlham Əliyevin ölkə Prezidenti kimi gördüyü işlər Azərbaycanın inkişafına çox böyük təkan vermişdir. Çıxış edənlər güclü və qüdrətli Azərbaycan naminə 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində seçiciləri Cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Faldar kənd ağsaqqalı Rəşidov Məmmədiyyə və ziyalılar Ömər Məmmədov, Samirə Yusifova, Türanə İsmayılova, Yengiyan kənd ağsaqqalı Nizaməddin Muradov və ziyalılar Ramin Şabanov və başqaları kənd seçiciləri adından çıxış edərək, bildiriblər ki, birmənalı şəkildə Cənab İlham Əliyevə səs verərək, gələcək inkişafımızı və əmin-amanlığımızı təmin edəcəyik.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB