Şamaxılılar alternativsiz lider Cənab İlham Əliyevə səs verəcəklər

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şamaxı rayon şöbəsi dünən Şamaxı şəhəri qadınları, səhiyyə və təhsil işçiləri ilə görüş keçirib. Görüşdə YAP Mərkəzi Seçki Qərargahının üzvləri Xarici Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Azərbaycan Tibb Universitetinin rektoru, Professor Gəray Gəraybəyli, YAP Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov iştirak ediblər. İlk öncə, yığıncağı giriş sözü ilə YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov açıq elan edib və Prezident İlham Əliyevin uğurlu fəaliyyətindən, Onun rəhbərliyi ilə əldə olunan nailiyyətlərdən, Şamaxının abadlaşdırılmasına verdiyi töhfələrdən danışıb və inkişafın daimi, regionlara qayğının mütəmadi olması üçün Cənab İlham Əliyevin yenidən Azərbaycan Prezidenti seçilməsinin vacibliyini vurğulayaraq, seçiciləri alternativsiz lider, İlham Əliyevə səs verməyə çağırıb.

Sonra Xarici Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Azərbaycan Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruzəli Aslanov, Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli çıxış edərək, Cənab İlham Əliyevin imza atdığı uğurlu layihələrdən, ölkəmizin beynəlxalq miqyasda nüfuzunun artması istiqamətindəki xidmətlərindən, uğurlu daxili və xarici siyasət yürütdüyündən, ölkəmizin iqtisadi inkişafında əvəzedilməz rolundan və sayəsində əldə olunan müvəffəqiyyətlərdən danışdılar və Şamaxı seçicilərinin Cənab İlham Əliyevə səs verəcəklərinə və bundan sonra da bu siyasi kursu dəstəkləyəcəklərinə ümid etdiklərini bildirdilər.

Sonda təbliğat qrupunun üzvləri seçicilərin suallarına cavab verərək, seçiciləri 11 aprel 2018-ci il tarixində seçkilərdə iştirak etməyə və Cənab İlham Əliyevə səs verməyə dəvət səslədilər.

İnam HACIYEV

Bütün xəbərlər Facebook səhifəmizdə