Qobustanlılar gələcəyə səs verəcəklər

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Qobustan rayon şöbəsi namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində dünən Qobustan şəhər seçiciləri ilə görüşü keçirilib.

Tədbirdə YAP Seçki Qərargahının Qobustan rayon şöbəsinin sədri Füzuli Gülaliyev çıxış edərək qeyd edib ki, bu gün hər bir Qobustan sakini ömrünün ən xoş anlarını yaşayır ki, bunu sizin qəlbinizdəki inamdan, gözünüzdəki sevincdən duymaq mümkündür: "Böyük ümidləriniz, sevinciniz, alqışlarınız hər birimiz üçün əziz olan, müdrik bir insana, Cənab İlham Əliyevə olan sonsuz məhəbbətin, ehtiramın və sədaqətin ifadəsidir. Bu məhəbbəti Cənab İlham Əliyev Prezident seçildiyi ilk gündən son 15 ildə hər gün, hər an öz fəaliyyəti, uzaqgörən siyasəti, xalqa, vətənə xidmətləri ilə sizin, bütün azərbaycanlıların qəlbinə həkk edib əbədiləşdirib".

Füzuli Gülaliyev çıxışında vurğulayıb ki, biz həmişə haqqa, ədalətə önəm verən, xalqını, vətənini dərin məhəbbətlə sevən, fəaliyyəti ilə əməlləri bir olan liderə, qətiyyətli rəhbər, müdrik siyasətçi Cənab İlham Əliyevə arxalanmışıq və mən bütün Qobustan sakinlərinin adından danışdığıma, onların fikrini ifadə etdiyimə görə qürur duyur və bir daha deyirəm ki, qobustanlılar bir nəfər kimi, Cənab İlham Əliyevi müdafiə edir və Cənab İlham Əliyevə səs verəcəklər.

Görüşdə YAP Mərkəzi Seçki Qərargahının Qobustan rayon şöbəsinin üzvü Zaur Cəfərov, təbliğatçılardan İmran Sabirov, Əlibəy Abduləzizov çıxış edərək, Cənab İlham Əliyevin rəhbərliyi altında son 15 il ərzində həyata keçirilmiş işlər və qazanılmış uğurlu nailiyyətlər barədə öz fikirlərini bölüşüblər və seçiciləri Yeni Azərbaycan Partiyasinın namizədi Cənab İlham Əliyevə səs verməyə səsləyiblər.

İnam HACIYEV

Bütün xəbərlər Facebook səhifəmizdə