Sabunçu seçiciləri uğurlu gələcəyimizə səs verəcəklər SƏS TV

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Sabunçu rayon şöbəsi Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayon ərazisində yerləşən İsmət Qayıbov adına stadionda iki mindən artıq seçicinin iştirakı ilə mitinq keçirdi.

Ulu Öndər Heydər Əliyevin "Mən fəxr edirəm ki, azərbaycanlıyam" müdrik ifadəsi ilə başlanan tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Mehriban Abasquliyeva ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nail olduğu möhtəşəm tarixi nailiyyətlərdən, ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə möhkəmlənməsindən, sürətli iqtisadi inkişafa nail olmasından danışdı.

Rayon təşkilat sədri bütün bu uğur və nailiyyətlərin Cənab Prezidentin rəhbərliyi ilə gerçəkləşdiyini bildirərək, İlhamlı sabahımıza, "İLHAMLA İRƏLİ!" - deyərək, Sabunçu rayon seçicilərini uğurlu gələcəyimiz naminə Cənab İlham Əliyevə səs verməyə çağırdı.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, millət vəkili Dilarə Cəbrayılova, rayon Ağsaqqallar Şurasının sədri Nadir Əsədov, gənc seçicilərdən Ümidə Məcnunlu və başqaları Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə dövlət siyasətinin həyata keçirilməsini bidirərək, dövrün tələblərinə uyğun sistemli islahatların aparıldığını diqqətə çatdırıblar. Bu işlərin davamlı olmasını vurğulayaraq, rayon seçicilərini 11 apreldə Ulu Öndər Heydər Əliyev siyasətinin ən layiqli davamçısı Cənab İlham Əliyevə səs verəməyə çağırdılar.

Qeyd edək ki, tədbirdə YAP Gənclər Birliyini sədri Seymur Orucov da iştirak edirdi.

Tədbir konsert proqramı ilə davam etdirildi.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə