Xızı seçiciləri gələcəyə inamla və "İlhamla irəli" deyirlər FOTOLAR
YAP Xızı rayon təşkilatında prezidentliyə namizəd Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərcivəsində Giləzi qəsəbəsində seçicilərlə növbəti görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev və “Səs” qazetinin baş redaktoru Bəhruz Quliyev iştirak ediblər.

F.Haqverdiyev çıxış edərək bildirib ki, Azərbaycan növbəti siyasi-ictimai hadisə - prezident seçkiləri ərəfəsindədir və bu gün ölkədə aparılan geniş miqyaslı inkişaf və tərəqqi işləri son 15 ildə reallaşdırılan uğurların sübutudur. “Belə ki, əldə edilən hər bir uğur bilavasitə Cənab İlham Əliyevin apardığı mütərəqqi və məqsədyönlü siyasətin bariz nəticəsidir və biz xızılılar da həmin siyasətin ətrafında sıx birləşərək, Onun namizədliyinə birmənalı dəstək göstərməkdəyik”- deyə qeyd edən natiq seçiciləri aprelin 11-də seçiciləri fəal olmağa və Yeni Azərbaycan Partiyasının alternativsiz namizədi İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıb.

Görüşdə çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə vurğulayıb ki, Azərbaycanda son illər ərzində aparılan mütərəqqi daxili və xarici siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə söz sahibinə çevrilib. “İstər regional, istərsə də beynəlxalq layihələrin ardıcıllıqla həyata keçirilməsi hər bir azərbaycanlının daha firavan, daha xoşbəxt yaşaması naminə atılan addımlardır və bütün bunlar Cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin bariz nümunəsidir. Azərbaycanın davamlı inkişafı da həmin faktorları kifayət qədər təsdiq edir”-deyə qeyd edən Bəhruz Quliyev bildirib ki, İlham Əliyev cənablarının əsas məqsədi xalqına xidmət etməkdir: “O, ölkəmizin daha güclü inkişaf etməsi üçün yorulmadan fəaliyyət göstərir və inanırıq ki, Xızı rayonunun seçiciləri daha böyük nailiyyətlərin əldə edilməsi, Azərbaycanın istər regionda, istərsə də beynəlxalq aləmdə öz yerini möhkəmləndirməsi naminə aprelin 11-də Möhtərəm İlham Əliyev Cənablarına birmənalı olaraq səs verəcəklər”.

Görüşün sonunda bir qrup fəal partiyaçılara YAP Xızı rayon təşkilatının Fəxri Fərmanları təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB