Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Suraxanı rayon şöbəsi Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib. 250 nəfərin iştirak etdiyi görüşdə ölkə rəhbəri Cənab İlham Əliyevin 2003-2018-ci illər ərzindəki gördüyü işləri əks etdirən video-çarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan rayon şöbəsinin sədri Vüqar Seyidov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nail olduğu möhtəşəm tarixi nailiyyətlərdən, ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə möhkəmlənməsindən və sürətli iqtisadi inkişafa nail olmasından danışıb. Qeyd edib ki, Prezident İlham Əliyev bütün fəaliyyəti dövründə Azərbaycanın milli maraqlarını və vətəndaşlarının mənafeyini müdafiə edib. Onların sosial rifah halının daha da yaxşılaşdırılması daim diqqətdə olub və uğurlu sosial siyasət həyata keçirilib. Azərbaycanın daxili imkanları genişləndikcə, sosial sahələrə də diqqətin artdığını bildirən V.Seyidov ölkə daxilində görülən işlərin müasir səviyyədə həyata keçirildiyini diqqətə çatdırıb.
Rayon şöbəsinin sədri bütün bu uğur və nailiyyətlərin Cənab Prezidentin rəhbərliyi ilə gerçəkləşdiyini bildirərək, seçiciləri bu firəvan həyatın davamlılığı üçün xalqımızın Lideri Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən vəkil Loğman Abdullayev İlham Əliyev siyasətinin xalqımız tərəfindən dəstəkləndiyini bildirib. O, qeyd edib kimi, bütün seçkilərdə olduğu kimi, növbəti prezident seçkiləri də şəffaf, azad-demokratik bir şəraitdə keçiriləcək.
Milli Məclisin üzvü Ağacan Abıyev ölkənin iqtisadi-siyasi yüksəlişindən, idman sahəsində qazanılan nailiyyətlərdən söz açıb. O bildirib ki, Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünya miqyasında idman ölkəsi kimi tanınmaqdadır. Bu gün ölkəmizdə idmanın inkişafı davamlı xarakter daşıyır. Millət vəkili bildirib ki, idmana dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərilməsi həm cəmiyyətimizdə gənc nəslin sağlam yetişməsinə, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi tanınaraq nüfuzunun artmasına xüsusi töhfələr verir. Millət vəkili seçiciləri Azərbaycana beynəlxalq aləmdə böyük nüfuz qazandıran Cənab İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb.
Avropa beynəlxalq yarışların qalibi Eduard Məmmədov və rayonun fəal gənclərindən olan Aydın Əhmədov çıxışlarında hər bir seçicini seçkidə iştirak etməyə, öz iradəsini ifadə etməyə, doğru seçim olaraq, Cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB